Türkiyə səfirliyi azərbaycanlılara müraciət etdi - Zəlzələdən zərərçəkənlərə yardımla bağlı

Türkiyə səfirliyi azərbaycanlılara müraciət etdi - Zəlzələdən zərərçəkənlərə yardımla bağlı

Hazırda oxunan: Türkiyə səfirliyi azərbaycanlılara müraciət etdi - Zəlzələdən zərərçəkənlərə yardımla bağlı

118922

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Bizim.Media xəbər verir ki, diplomatik nümayəndəlik zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corab ehtiyaclarının olduğunu bildirib.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO