İrandakı səfirliyimizin kameraları vaxtı 24 dəqiqə erkən göstərib – XİN 

İrandakı səfirliyimizin kameraları vaxtı 24 dəqiqə erkən göstərib – XİN 

Hazırda oxunan: İrandakı səfirliyimizin kameraları vaxtı 24 dəqiqə erkən göstərib – XİN 

118747

“İrandakı Azərbaycan Səfirliyinin küçəyə baxan kameraları vaxtı 24 dəqiqə erkən göstərir”.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, səfirliyin xaricindəki və içərəsindəki kameraların vaxtında 24 dəqiqə fərq var.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Hazırda hadisənin istintaqı aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO