Türkiyəyə gedən FHN əməkdaşlarının qrupu Adanaya çatıb

Türkiyəyə gedən FHN əməkdaşlarının qrupu Adanaya çatıb

Hazırda oxunan: Türkiyəyə gedən FHN əməkdaşlarının qrupu Adanaya çatıb

118714

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını daşıyan təyyarə Adana şəhərinə çatıb.

Bizim.Media xəbər verir ki, FHN əməkdaşlarını daşıyan təyyarə Şakirpaşa Hava Limanına eniş edib.

Daha sonra FHN əməkdaşları xilasetmə işləri ilə bağlı zəlzələnin baş verdiyi ərazilərə yollanacaq.

*** 14:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
*** 13:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Bizim.Media xəbər verir ki, 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə güclü zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO