Aİ komissarı Azərbaycana niyə TƏŞƏKKÜR ETDİ? 

Aİ komissarı Azərbaycana niyə TƏŞƏKKÜR ETDİ? 

Hazırda oxunan: Aİ komissarı Azərbaycana niyə TƏŞƏKKÜR ETDİ? 

118266

“Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirilir”.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda çıxışı zamanı deyib.

O, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə edib və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rolunun, enerji təhlükəsizliyinə verdiyi töhfələrinin yüksək qiymətləndiririldiyini diqqətə çatdırıb.
K.Simson vurğulayıb ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir.

Energetika məsələləri üzrə komissar bildirib ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO