Azərbaycanda səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstan XİN rəhbəri "Facebook"da bildirib.
“Cəmi bir həftə əvvəl Budapeştdə xarici işlər naziri Ceyhun Bayramovla görüşdük və orada ölkələrimiz arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Biz indi Bakıda birgə işimizi davam etdiririk.
Çoxlu yeni avropalı dostlarla yanaşı, biz Azərbaycanın köhnə dostlarıyıq, ona görə də bir-birimizi yaxşı tanıyırıq və qarşılıqlı hörmət əsasında danışıqlar masası arxasında əyləşə bilirik. Məqsədimiz Azərbaycanın təbii qazını tez bir zamanda Macarıstan bazarına çıxarmaqdır”, - Siyarto qeyd edib.
Bizim.Media