İlham Əliyev: “Buxarestdə imzalanmış sənəd qarşımızda yeni perspektivlər açır”

İlham Əliyev: “Buxarestdə imzalanmış sənəd qarşımızda yeni perspektivlər açır”

Hazırda oxunan: İlham Əliyev: “Buxarestdə imzalanmış sənəd qarşımızda yeni perspektivlər açır”

118114

“Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşü zamanı bildirib. 

Ölkə başçısı qeyd edib ki, strateji tərəfdaşlar olaraq hər iki ölkə irəliyə doğru gedir:  

“Biz indicə cənab Prezidentlə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələləri ilə bağlı çox yaxşı müzakirələr apardıq və bir daha əlaqələrimizin strateji əhəmiyyətini təsdiqlədik.  

Mənim Buxarestə səfərimlə bağlı yaxşı xatirələrim var və sözsüz ki, Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO