İrəvan növbəti dəfə Bakı ilə Tiflisdə görüşməyə hazır olduğunu deyir – Mane olan SƏBƏB NƏDİR?  

İrəvan növbəti dəfə Bakı ilə Tiflisdə görüşməyə hazır olduğunu deyir – Mane olan SƏBƏB NƏDİR?  

Hazırda oxunan: İrəvan növbəti dəfə Bakı ilə Tiflisdə görüşməyə hazır olduğunu deyir – Mane olan SƏBƏB NƏDİR?  

117648

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərdiyini iddia edib.

“Biz mümkün Tbilisi platformasını regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirləri ilə Azərbaycan Prezidenti arasında görüş gündəmdədir”, - deyə Mirzoyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan danışıqlara dair bütün təşəbbüslərdən imtina edir – Rəsmi Bakı


Qeyd edək ki, Cənubi Qafqazın üç ölkəsi arasında dialoqun vacib və əhəmiyyətli olduğunu ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib. Bu da onu göstərir ki, Bakı belə bir formatda danışıqlara da önəm verir.

İrəvan isə apardığı qeyri-konstruktiv siyasətilə bu günə qədər baş tutan bütün platformalarda real nəticənin əldə olunmasını sabotaj edib. Onun nəticəsidir ki, artıq xeyli müddətdir, danışıqlar prosesi dalana dirənib. Belə bir fonda İrəvan rəsmiləri indi də Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqa böyük maraq göstərdiklərini iddia edirlər. 

Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Cənubi Qafqazın 3 dövləti arasında dialoqu vacib saysa da, İrəvanın bu məsələdə də səmimi olacağına inanmır:

“Tiflis platformasında üçtərəfli danışıqlar məsələsi ilk olaraq Azərbaycan dövlət başçısı tərəfindən səsləndirilib. Bu platforma əslində ideya olaraq maraqlı olmaqla yanaşı, uğurlu formatdır. Bu platforma birbaşa dialoqa əsas yaradan formatdır. Əslində bu format “Qafqaz Evi” formatının tərkib hissəsidir. 

Amma Ermənistan xarici işlər nazirinin bu istiqamətdə səsləndirdiyi açıqlaması qeyri-səmimi açıqlamadır. Ermənistanın bu məsələdə səmimi olacağına inanmıram. Mirzoyan bir tərəfdən belə deyir, digər tərəfdən isə Azərbaycanın ərazisi olan torpaqlara iddia edir.

Dəfələrlə Bakı və Tiflis tərəfindən həmin platforma irəli sürülsə də, İrəvan ona münasibətdə sabotaj mövqeyindən çıxış edib. Nəticədə dəfələrlə bu üçlü format uğursuz sonluqla nəticələnib.
Ermənistanda müstəqil dövlətçilik təfəkkürü yox dərəcəsindədir. Ona görə də marionet ölkə olaraq Ermənistan müstəqil qərar qəbul etmək gücündə deyil. Bu ölkə başqaları tərəfindən idarə və istifadə olunur. Azərbaycan və Gürcüstan isə bu məsələdə maraqlıdır”.

Həmsöhbətimiz düşünür ki, Tiflis platforması reallaşarsa, sülh danışıqları daha rəvan gedə bilər:

“Çünki bölgədə geosiyasi maraqları olan üçüncü tərəflərin müdaxiləsi olmasa, Bakı ilə İrəvan arasında dialoq mümkündür. Tiflis danışıqlar formatı digərlərilə müqayisədə daha keyfiyyətli olar. Amma hələlik, Ermənistan alət olmaqdan çıxana qədər, əfsus ki, bu mümkünsüzdür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO