İlham Əliyev: “Azərbaycan və Macarıstan iki dost və tərəfdaşdır”

İlham Əliyev: “Azərbaycan və Macarıstan iki dost və tərəfdaşdır”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan və Macarıstan iki dost və tərəfdaşdır”

117489

“Biz, həqiqətən, iki dost və tərəfdaşıq. Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: "Enerji məsələsi Azərbaycan-Macarıstan gündəliyində birinci yerdədir"


Dövlətimizin başçısı qeyd edib ki, iki ölkə arasında münasibətlərin artıq yaxşı tarixi var:

“Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO