Belarus XİN İrandakı səfirliyimizə hücumu PİSLƏDİ 

Belarus XİN İrandakı səfirliyimizə hücumu PİSLƏDİ 

Hazırda oxunan: Belarus XİN İrandakı səfirliyimizə hücumu PİSLƏDİ 

117093

Belarus Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəsmi “Facebook” səhifəsindəki məlumatda deyilir. 

“2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu, diplomatik missiyanın bir üzvünün həlak olması və daha iki əməkdaşının yaralanması ilə nəticələnən silahlı basqını qətiyyətlə pisləyir, azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı və dəstək verir, zərərçəkənlərə tezliklə şəfa tapmalarını diləyirik. Diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə heç cür bəraət qazandırmaq olmaz”, - paylaşımda yazılıb. 
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.   

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO