Xorvatiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Facebook” hesabında məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror HÜCUMUNU QINADI
“Bu gün Azərbaycanın İrandakı səfirliyinə insan tələfatı ilə nəticələnən silahlı hücum bizi şoka salıb. Həyatını itirən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - deyə paylaşımda qeyd edilib.
Bundan əlavə Yunanıstan səfirliyi də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.
"Bu gün Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumdan sarsıldıq. Diplomatik nümayəndəliklərin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipidir. Qəlbimiz və fikrimiz qətlə yetirilən şəxsin ailəsinin yanındadır", - deyə səfirliyin "Twitter" hesabında paylaşım edilib.
Bizim.Media