İran səfiri jurnalistlərdən belə qaçdı - VİDEO

İran səfiri jurnalistlərdən belə qaçdı - VİDEO

Hazırda oxunan: İran səfiri jurnalistlərdən belə qaçdı - VİDEO

117004

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İrandakı səfirliyimizə bu gün edilən silahlı hücumla bağlı jurnalistlərin suallarını cavablandırmaqdan yayınaraq, avtomobili ilə səfirlikdən sürətlə uzaqlaşıb.

Bizim.Media xəbər verir ki, həmin anların görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə səfirin avtomobilinin ərazidən sürətlə uzaqlaşdığı əks olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO