"Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayırıq".
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
“Hadisə nəticəsində həlak olmuş baş leytenant Orxan Əsgərovun ailəsinə və yaxınlarına səbir, yaralılara isə şəfa diləyirik. Allah rəhmət eləsin. Diplomatlarımızla həmrəyik. Öncə Vətən.”, - deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:55 / 27.01.2023
Mikayıl Cabbarov İrandakı səfirliyimizə qarşı terror aktını şiddətlə qınayıb
Hazırda oxunan: Mikayıl Cabbarov İrandakı səfirliyimizə qarşı terror aktını şiddətlə qınayıb
Hazırda oxunan: Mikayıl Cabbarov İrandakı səfirliyimizə qarşı terror aktını şiddətlə qınayıb
116989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.