"Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir" - Azərbaycanın Britaniyadakı səfiri

Hazırda oxunan: "Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir" - Azərbaycanın Britaniyadakı səfiri

116979

Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov deyib.

O, səfirliyə hücum nəticəsində həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verib:

“Biz son illərdə xarici ölkələrdəki Azərbaycanın diplomatik missiyalarına bir tərəfdən erməni radikalların, digər tərəfdən müxtəlif ekstremist qrupların nümayəndələrinin iştirak etdiyi hücumların şahidi oluruq.
Bu yalnız Azərbaycan diplomatik missiyalarına qarşı hücumlar deyil, eyni zamanda, Azərbaycanın dünyada proqressiv cəmiyyətin rəmzi olmasına, onun inkişafına olan hücumlardır”.

Səfir qeyd edib ki, dünyanın proqressiv gələcəyini düşünən qüvvələr Azərbaycanın yanında durmalıdır.

Qeyd edək ki, ötən il Azərbaycanın Londondakı Səfirliyinə radikal dini dəstə hücum etmişdi. Səfirliyin binasına daxil olan şəxslər səfirlik binasına zərər yetirmiş, yerli polisin müdaxiləsindən sonra binadan çıxarılmışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO