“Talışların hamısı türk, türklərin hamısı talışdır” - Aqil Abbasdan İrana SƏRT REAKSİYA

“Talışların hamısı türk, türklərin hamısı talışdır” - Aqil Abbasdan İrana SƏRT REAKSİYA

Hazırda oxunan: “Talışların hamısı türk, türklərin hamısı talışdır” - Aqil Abbasdan İrana SƏRT REAKSİYA

116835

İranın ölkəmizə qarşı məkrli niyyətlərini həyata keçirmək üçün din faktorundan mütəmadi olaraq istifadə etdiyi məlumdur. Molla rejimi daim dini yaxınlıq məsələsini bəhanə edərək, Azərbaycana nüfuz etməyə çalışırdı. 

Son günlərdə isə yeni tendensiyanın şahidi oluruq. İran mətbuatında, bir sıra ekspertlərin çıxışında Azərbaycanda etnik azlıqlarla bağlı məsələ qabardılır.

Məsələn, İranın əyalət mollası Mütcəba Nurzad yanvarın 26-da “İswnews” nəşrinə açıqlamasında talış dilində radio və televiziyaların yaradılmasının vacib olduğunu qeyd edib.

Sözügedən molla guya Azərbaycanda İran əlehinə kampaniyanın aparıldığını əsas gətirərək, bununla mübarizə aparmaq məqsədilə talış dilində media qurumlarının yaradılmalı olduğunu bildirib.
Eyni zamanda Azərbaycanın etnik tərkibi ilə bağlı təhrif olunmuş materiallar, xəritələr yayılır.

Bəs, İranda Azərbaycanın etnik tərkibi ilə bağlı məsələlərin gündəmə gətirilməsində məqsəd nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Aqil Abbas qeyd edib ki, hələ müstəqilliyin ilk illərində hər bir etnosun öz dilində məktəb, radio və qəzet aça biləcəyi ilə bağlı fərman imzalanıb:

“Həmin fərman bu gün də qüvvədədir. Bəllidir ki, İran bölücülük etmək istəyir. Ümumiyyətlə, Azərbaycanda talışların hamısı türk, türklərin hamısı talışdır. Yəni, bunlar boş fikirlərdir. Hər bir etnik xalqa müvafiq hüquq verilir. Alparslan Türkeş deyirdi, kürd nə qədər kürddürsə, türk də o qədər kürddür. Türk nə qədər türkdürsə, kürd də bir o qədər türkdür. Eyni məsələ türk və talışlar üçün də keçərlidir. Bizim aramızda ayrıseçkilik yoxdur. Onların bu niyyəti Azərbaycanda reallaşmaz”.

Deputat İranın bu cür fəaliyyətə əl atmasını da sərt tənqid edib:

“İran qələt edir. Onun sözü ilə bölücülük edəcəyik? İran hələ özündəki 40 milyon azərbaycanlının dil, məktəb, mətbuat hüququnu təmin etsin, sonra danışar”.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO