“Ermənistan Laçın-Xankəndi yolunun guya bağlanması barədə əsassız iddialar irəli sürür” – Prezident - VİDEO

“Ermənistan Laçın-Xankəndi yolunun guya bağlanması barədə əsassız iddialar irəli sürür” – Prezident - VİDEO

Hazırda oxunan: “Ermənistan Laçın-Xankəndi yolunun guya bağlanması barədə əsassız iddialar irəli sürür” – Prezident - VİDEO

116772

“Son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistan əsassız iddialar irəli sürür”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bu iddiaların tamamilə yalan və cəfəng olduğunu qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir:

“Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO