Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Masazır qəsəbəsi Zəngilan şəhərciyində yerləşən Zəngilan RİH-də baş tutmuş görüşdə Zəngilan RİH-in Başçısı Ramiz Həsənov, Zəngilan rayonu ziyalıları, ağsaqqallar və geniş ictimaiyyət nümayəndələri iştirak edib.
Mütəmadi olaraq Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezidentin xüsusi nümayəndəsi ölkə başçısının Zəngilana son səfərindən, Prezident İlham Əliyevin ona verdiyi tapşırıqladan danışıb.
Əhalinin ardıcıl şəkildə köçürülməsi üçün hal-hazırda Zəngilanda görülən bərpa-quruculuq işləri, planlaşdırılan layihələr haqqında geniş məlumat verən Vahid Hacıyev, həmçinin Zəngilanın dayanıqlı inkişafı üçün müəyyən olunmuş prioritet istiqamətlərdən də danışıb.
Çıxış edən Zəngilan rayonu ziyalıları ilk növbədə onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Onlar həmçinin Zəngilan rayonunun bərpası və yenidən qurulması, tez bir zamanda öz dogma ata-baba torpaqlarına qayıtmaları üçün əllərindən gələn köməkliyi göstərməyə hazır olduqlarını vurğulayıblar.
Bizim.Media
![Prezidentin xüsusi nümayəndəsi Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşdü – FOTO Prezidentin xüsusi nümayəndəsi Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşdü – FOTO](https://bizim.media/file/articles/2023/01/21/1674304371_63cbd261653dc63cbd261653dd167430204963cbd261653da63cbd261653db.jpg)
- A-
- A
- A+
Siyasət
16:42 / 21.01.2023
Prezidentin xüsusi nümayəndəsi Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşdü – FOTO
Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşdü – FOTO
Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşdü – FOTO
115974
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.