“Təbii ehtiyatlar özü-özlüyündə böyük bir mövzudur. Ermənistan tərəfinin bəzi “müdafiəçiləri” tərəfindən tamamilə əsassız fikirlər səslənir”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu məsələni Azərbaycan dövləti tərəfindən süni şəkildə şişirdilmiş problem kimi təqdim etməyə çalışırlar:
“Azərbaycan dövləti tarixdə ilk dəfə Bern Konvensiyasına əsasən, Ermənistana qarşı arbitraj prosesini başladıb. Bu, yuxarıda qeyd etdiyim iddiaların tamamilə yanlış və əsassız olmasının ən ciddi sübutudur. Azərbaycanda ətraf mühitə vurulmuş kütləvi ziyana görə biz Ermənistanı məhkəməyə verdik.
Bu sahədən azca başı çıxan adam anlamalıdır ki, Bern Konvensiyasının arbitraj səviyyəsinə gəlib çatması üçün ən azı 2 il bununla bağlı faktlar toplamalısan, beynəlxalq ekspertləri gətirməlisən, BMT-nin müvafiq agentlikləri ilə işləməlisən. Arbitraja qədər ölkələr arasında qaydalara əsasən, bu proses məxfi getməlidir.
Bir ilə yaxın Ermənistanla onların törətdiyi cinayətlərin Bern Konvensiyası üzrə arbitraj prosesinə qədər həll edilməsi istiqamətində danışıqlar gedirdi. Bu mövzular 12 dekabrda yaranmayıb, 12 dekabrdan 1 həftə öncə yaranıb. Son iki il ərzində bu istiqamətdə ciddi işlər gedir. Bizim əlimizdə minlərlə səhifə fayl var. Bizim gözümüzün önündə bu ekoloji fəlakətin bu gün də təkrarlanması təbii ki, yolverilməzdir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:51 / 20.01.2023
Azərbaycan Bern Konvensiyasına əsasən, Ermənistana qarşı arbitraj prosesini başladıb - RƏSMİ
Hazırda oxunan: Azərbaycan Bern Konvensiyasına əsasən, Ermənistana qarşı arbitraj prosesini başladıb - RƏSMİ
Hazırda oxunan: Azərbaycan Bern Konvensiyasına əsasən, Ermənistana qarşı arbitraj prosesini başladıb - RƏSMİ
115765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.