Parlamentdə Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsi təklif edildi

Parlamentdə Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsi təklif edildi

Hazırda oxunan: Parlamentdə Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsi təklif edildi

115350

Milli Məclisin deputatı Jalə Əliyeva parlamentdə ulu öndər Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsini təklif edib. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında J.Əliyeva Heydər Əliyevin qadınların cəmiyyətdə önəmli mövqe tutması istiqamətində gördüyü işlərdən danışıb. 

“Ümummilli liderin xalq qarşısında xidmətləri əvəzsizdir. O, qadın siyasəti və qadınların cəmiyyətdə əhəmiyyətli mövqe tutmasında çoxsaylı xidmətlər görüb. Odur ki, təklif edirəm ki, parlamentin yaz sessiyası müddətində keçiriləcək iclaslarında Heydər Əliyevə həsr olunan dinləmələr keçirilsin”, - deyə deputat əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO