Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nounla görüşüb.
Bizim.Media xəbər verir ki, bunu israilli diplomat tviterdə yazıb.
O, qonaqpərvərliyə görə C.Bayramova təşəkkür edib: “Nümayəndə heyətimiz sizinlə səmərəli görüşü yüksək qiymətləndirir. Bu, ölkələrimiz arasında mövcud olan dostluq və strateji münasibətlərin daha bir ifadəsidir”.
Bizim.Media