““Masdar” ilə əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək” – Dövlət başçısı 

““Masdar” ilə əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək” – Dövlət başçısı 

Hazırda oxunan: ““Masdar” ilə əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək” – Dövlət başçısı 

115019

“Dünən “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq”.

Bizim.Media xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı daha sonra qeyd edib: 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edir - FOTO/VİDEO


“Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində, “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”.

Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO