Azərbaycan-İtaliya arasında hərbi təlimlərlə bağlı sənəd imzalandı - FOTO/VİDEO

Azərbaycan-İtaliya arasında hərbi təlimlərlə bağlı sənəd imzalandı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan-İtaliya arasında hərbi təlimlərlə bağlı sənəd imzalandı - FOTO/VİDEO

114397

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İtaliyanın müdafiə naziri Quido Krosetto təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.

Bizim.Media xəbər verir ki, imzalanma mərasimi yanvarın 12-də nazirlərin görüşündən sonra keçirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO