Pakistanın Baş Qərargah rəisi:

Pakistanın Baş Qərargah rəisi: "Azərbaycanla hərbi əməkdaşlıq daha da möhkəmləndiriləcək"

Hazırda oxunan: Pakistanın Baş Qərargah rəisi: "Azərbaycanla hərbi əməkdaşlıq daha da möhkəmləndiriləcək"

11410

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib” - Pakistan səfiri


General, iki ölkə arasındakı olan qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan Silahlı Qüvvələri ilə təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmlənməsinə Pakistan Silahlı Qüvvələrinin önəm verdiyini və bu istiqamətdə səylərin daha da artırılacağını bildirib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə göstərilən  mənəvi və siyasi dəstəyə görə Pakistan xalqına və Hökümətinə, eləcə də Pakistan Silahlı Qüvvələrinə təşəkkürlərini çatdırıb.

Görüşdə, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO