Ermənilərin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır - MN

Ermənilərin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır - MN

Hazırda oxunan: Ermənilərin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır - MN

113408

“Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlara cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda daha sonra qeyd olunur:

“Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür. Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilib.
Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq”, - MN-in məlumatında qeyd olunub”.

Bziim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO