Əli Əhmədov Braziliya prezidentinin andiçmə mərasimində - FOTO/VİDEO

Əli Əhmədov Braziliya prezidentinin andiçmə mərasimində - FOTO/VİDEO

Hazırda oxunan: Əli Əhmədov Braziliya prezidentinin andiçmə mərasimində - FOTO/VİDEO

112941

Yanvarın 1-də 2022-ci il oktyabrın sonunda keçirilən seçkilərdə qalib gələn 77 yaşlı Luiz İnasio Lula da Silva üçüncü dəfə Braziliya prezidenti olub. İnauqurasiya ölkənin paytaxtında baş tutub. Keçmiş prezident Jair Bolsonaro mərasimdə iştirak etməyib.

O, prezidentlik yarışında məğlubiyyətini etiraf etmədən ötən həftənin sonunda ölkəni tərk edərək Floridaya uçub.

Bizim.Media Azərbaycan Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Braziliya prezidentinin andiçmə mərasimində Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edib.

BBC News qeyd edir ki, Lula da Silva ilk çıxışında ölkəni “dəhşətli xarabalıqlardan” çıxaracağına söz verib. O, sələfinin siyasətini pisləməyi də unutmayıb. Bundan əlavə, da Silva Braziliyaya təkcə ona səs verənlərin deyil, ölkənin bütün sakinlərinin maraqları naminə rəhbərlik edəcəyini bəyan edib.

İnauqurasiya bir çox braziliyalı üçün əsl bayram olub. Paytaxtda on minlərlə insan bu hadisəni qeyd etmək üçün küçələrə axışıb.

Yeni prezidentin tərəfdarları qırmızı paltarda - onun rəhbərlik etdiyi Fəhlə Partiyasının rənglərində səhər tezdən Konqresin binası qarşısına toplaşmağa başlayıblar.
Rəsmi tədbirlər Lula və yeni vitse-prezident Geraldo Alkminin açıq avtomobildə ölkənin paytaxtı Brazilianın küçələrində gəzməkləri ilə başlayıb. İnauqurasiya gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçib.

Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO