Dekabrın 17-də keçirilən 3 saatlıq mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi bir sıra fikirlər rezonans doğurdu. Üstündən iki gün keçməsinə baxmayaraq jurnalistlər hələ də Putinin səsləndirdiyi bir sıra fikirlər ətrafında düşünür, cavab tapmağa çalışırlar.
Həmin fikirlərdən də biri Putinin “Türkiyə çox həssas bir məsələ ilə bağlı bizdən yardım istədi. Nə ilə bağlı olduğunu deməyəcəm. Bu mənim üslubum deyil. Amma biz onlara “yox”x9d demədik. Yardım etməyə hazır idik”x9d deməsi idi.
Görəsən Putin həssas məsələ deyəndə nəyi nəzərdə tuturdu, Türkiyə hansı məsələdə Rusiyadan kömək istəmişdi?
Mətbuat konfransında səsləndirdiyi fikirlərlə Putin həm də Türkiyənin daxili siyasətinə müdaxilə edirdi. “Mən Türkiyənin indiki rəhbərliyi altında bu ölkə ilə əlaqələrin perspektivini görmürəm”x9d, “Türkiyədə sürünən islamlaşma gedir, yəqin ki, Atatürk qəbirdə fırlanır”x9d ifadələrini işlətməklə sanki Türkiyə müxalifətinə mesaj verirdi.
Moderator.az bu məsələlərlə politoloq Elxan Şahinoğlunun münasibəti öyrənib.
Elxan Şahinoğlu ilk olaraq Türkiyənin Rusiyadan hansı məsələ ilə bağlı xahiş edə biləcəyinə aydınlıq gətirməyə çalışıb: “Bu məsələnin üstünün açılması dövlət başçısına yaraşmayan hərəkətdir. Jurnalistlər artıq baş sındırmağa başlayıblar ki, görəsən bu nə məsələdir. Eyni xahişi Rusiya da Türkiyədən edə bilərdi. Türkiyə Rusiyadan müxtəlif məsələlər ətrafında xahiş edə bilərdi. Ola bilərdi ki, türkmənlərlə bağlı bir xahiş idi. Suriyada türkmənlər yaşayır və Rusiya Türkiyənin bu barədə həssaslığını nəzərə alsın. Bu Qarabağ məsələsi ilə bağlı xahiş də ola bilərdi. Türkiyə rəsmləri dəfələrlə Qarabağ məsələsini Rusiyanın diqqətinə çatdıracaqlarını bildirmişdilər. Türkiyə Rusiyadan hər hansı bir qeyri-qanuni addımın atılmasını istəməyib ki, sadəcə dəstək istəyib. Putinin bu məsələni elə diqqətə çatdırdı ki, guya Türkiyə qeyri-qanuni tələb, təklif irəli sürür və bu beynəlxalq hüquqa ziddir. Guya Rusiya da bunu nəzərə almağa hazırdır. Putinin bu yanaşması düzgün deyil, hər bir dövlətin özünün milli təhlükəsizlik maraqları olur və onu qapalı şəraitdə müzakirə edir. Amma Putinin bu məsələni jurnalistlərin qarşısında səsləndirməsi və guya sirr kimi saxlaması onsuz da məsələnin üstünü açdı”x9d.
Politoloq digər məsələyə aydınlıq gətirərkən bildirib ki, Putin dövlət başçısına yaraşmayan açıqlamalar verdi: “Bu birinci dəfə deyil, Putin daha əvvəl Saakaşvili haqqında etikadan kənar ifadələr işlətmişdi. Fikir versək görərək ki, üç saatlıq mətbuat konfransında bir dövlətin adını çəkmədi ki, Rusiyanın onunla heç bir problemi olmasın. Ukraynanın, Türkiyənin, Saakaşvilinin, Ərdoğanın, Səudiyyə Ərəbistanının ünvanına aşağılayıcı ifadələr işlətdi. Putin aşağılayıcı ifadələr işlətməkdən, lətifələr danışmaqdan həzz alır. Artıq anlamaq lazımdır ki, bu Putinin üslubudur və bu üslub getdikcə Rusiyaya çox böyük ziyanlar gətirəcək, çünki Rusiyanın dostu yox, düşməni artır. Rusiya Gürcüstanı, ardınca Ukraynanı parçaladı, indi də Türkiyənin daxili məsələlərinə qarışır. Türkiyənin islamlaşmasını demək çox mənasız fikirdir, Türkiyə onsuz da islam ölkəsidir. Bu ona bənzəyir ki, Ərdoğan da Rusiya xristianlaşır desin. Putin Atatürkün adını hallandırmaqla sanki topu Türkiyə müxalifətinə ötürür ki, mən Ərdoğanla heç zaman görüşməyəcəyəm, danışmayacağam. Siz onu devirin, mən artıq sizinlə fəaliyyətə başlaya bilərəm. Təəssüf ki, Türkiyənin daxilində də Putinin bu fikirlərindən öz məqsədləri üçün istifadə etməyə çalışan müxalif qüvvələr də tapılır. Bu Türkiyənin daxili məsələlərinə qarışmaqdır, Türkiyə heç zaman Rusiyanın daxili işlərinə qarışmayıb. Son olaydan sonra Rusiya mediasında da Türkiyə və türklər əleyhinə qeyri-etik ifadələr, açıqlamalar yer alır. Türkiyə mediasında isə Rusiyanın əleyhinə heç bir aşağılayıcı ifadə səslənmir, əksinə deyilir ki, Rusiya ilə münasibətləri normallaşdırmağa hazırıq. Rus siyasətçilərinin, rus mediasının və bir qrup ekspertlərin tərbiyəsiz siyasi üslubudur ki, bu Rusiyaya digər dövlətlərlə münasibətdə çox böyük problemlər yaşadır. Davudoğlunun fikri ilə tam razıyam, necə oldu ki, bir ay bundan qabaq Türkiyənin ünvanına yüksək sözlər deyən, Türkiyəni tərifləyən bir siyasi lider, media indi ki, öz mövqeyində dəyişdi, Türkiyəni baş düşmən elədi, Türkiyə əleyhinə bu qədər aşağılayıcı ifadələr işlətdi. Demək ki, onların içində həmin xəbislik elə əvvəldən də var imiş”x9d.
Rumiyyə






























































































