Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olan məqamlar – Nazir açıqladı

Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olan məqamlar – Nazir açıqladı

Hazırda oxunan: Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olan məqamlar – Nazir açıqladı

111971

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan ziddiyyətli məqamları açıqlayıb.

Bizim.Media xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib ki, danışıqlarda bəzi narahatedici məqamlar var.

“Biz tərəfdən 3 element var. Birinci element belədir ki, hansısa layihə təqdim olunanda birdən-birə öz istək və arzularınızı ora daxil etməli deyilsiniz. Bu layihə real və beynəlxalq hüquqa əsaslanmalıdır.
Bunu irəli aparmaq üçün qəbul ediləcək bir zəmin olmalıdır. Azərbaycan məhz bundan irəli gələrək 5 baza prinsipini təqdim etdi. Qısa zamanda Ermənistan 5 baza prinsipində onlar üçün qəbuledilməz heç bir prinsipin olmadığını etiraf etdi.

Bunun da səbəbi vardı. Çünki faktiki olaraq ona “yox” demək çox çətindir. 5 baza prinsipi çox ədalətli idi. Bu 5 prinsipdən sonra görüşlər oldu. 

Baxmayaraq ki, həmin görüşlər nəticəsində hansısa yeni sənədlər qəbul edilmədi, ancaq 5 baza prinsipini daha da inkişaf etdirən razılaşmalar əldə edilmişdi. Bunlar Ermənistan tərəfindən məqbul sayılmışdı.

Ermənistan tərəfi bunu öz cəmiyyətinə də açıqlamışdı. Ermənistan tərəfdən danışıqlar prosesində biz bəzi şərhlərə baxanda öncə əldə olunmuş razılaşmalardan geriyə addımları görürük. Hesab edirik ki, bu çox ziyanlı tendensiyadır”, - deyə Ceyhun Bayramov qeyd edib.

Nazir əlavə edib ki, əldə edilmiş razılaşmalardan geriyə çəkilmə danışıqlar prosesinə mənfi təsir göstərir: 

“Həm də bunun vaxt baxımından uzanmasına səbəb olacaq. İkinci, bizim üçün qəbuledilməz məqamları Vaşinqton görüşündən sonra gördük. Azərbaycan tərəfinin məntiqi belə idi ki, Azərbaycan və Ermənistan arasında son 30 il ərzində heç bir münasibət olmayıb.

Ona görə biz hansısa birinci addımı atmaq istəyiriksə, sənədin baza prinsipləri, mahiyyəti və fəlsəfəsi çox sadə olmalıdır. Bununla ola bilsin ki, 100% hansısa məsələləri həll etmək olmasa belə, hansısa müsbət və önəmli addıma nail olmaq olar. Ona görə Azərbaycan tərəfinin təqdim etdiyi layihə çox sadə, yığcam idi”.

Nazir Ermənistan tərəfinin təqdim etdiyi layihənin bu sənədin mahiyyətini dəyişdirməyə cəhd olduğunu deyib.

“Məqsəd sadə sənədi çərçivə müqaviləsinə çevirmək və digər razılaşmaları çərçivə sənədinin tərkib hissəsi kimi qəbul etdirməkdən ibarətdir. Bundan irəli gəliriksə, onda Azərbaycan tərəfi də bir sıra məqamları qaldıra bilər.

Bizim Ermənistan tərəfinə bir çox iddialarımız, tələblərimiz var. Biz hər şeydən razı deyilik və Ermənistana qarşı tələblərdən əl çəkmirik, o tələblərin hamısını edirik”.
Ceyhun Bayramov Azərbaycanın sülh müqaviləsi üçün ilkin şərt qoymadığını diqqətə çatdırıb.

“Biz sülh müqaviləsinin qəbulu üçün axırıncı erməni qanunsuz silahlı birləşmə üzvünün Qarabağdan çıxarılması tələbini qoysaq, bu əlavə şərtdir. Biz nəqliyyat kommunikasiyalarının açılmasını şərt kimi qoysaq, əlavə şərtdir. Biz nəyi əldə edə biliriksə, onu əldə etməyə çalışırdıq”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO