Ceyhun Bayramov Ukraynaya göndərilən humanitar yardımdan danışdı

Ceyhun Bayramov Ukraynaya göndərilən humanitar yardımdan danışdı

Hazırda oxunan: Ceyhun Bayramov Ukraynaya göndərilən humanitar yardımdan danışdı

111930

İl ərzində ən böyük humanitar yardım davamlı şəkildə Ukraynaya göndərilib.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan beynəlxalq humanitar yardım proqramlarında fəal iştirak edib. İraq, Braziliya, Uqanda, Efiopiya, Əfqanıstana humanitar yardım göstərilib. Pakistanda baş verən fövqəladə hadisə ilə bağlı bu ölkəyə böyük yardım göstərilib.
Bu il ərzində ən böyük humanitar yardım, 30 milyon manatdan artıq humanitar yardım təkcə dövlət institutları tərəfindən Ukraynaya göndərilib. Bu humanitar yardım fevral ayından bəri davamlı şəkildə çatdırılıb”, - nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO