Əli Əhmədov Medvedevə məktub ünvanladı

Əli Əhmədov Medvedevə məktub ünvanladı

Hazırda oxunan: Əli Əhmədov Medvedevə məktub ünvanladı

1118

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub ünvanlayıb.

Bu barədə Bizim.Media-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Məktubda deyilir: “Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimə dəstəyin ifadəsi olub, Azərbaycan ilə Rusiya arasındakı hərtərəfli dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir”.

Əli Əhmədovun məktubunda Milonovun “Vahid Rusiya” partiyasının üzvü olması vurğulanaraq qeyd edilir ki, onun bu addımı indiyədək ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi təəssüf hissi ilə qarşılanır.

Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının nəticəsində başlayan döyüşlərin getdiyi bir vaxtda işğalçıya rəğbət ifadə edən səfərdə iştirak etmək Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə qarşı çıxmaq deməkdir.

Gələcəkdə Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyinə ümid edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO