“Ölkəmizdə Azərbaycan səfirliyinin açılmasını səbirsizliklə gözləyirik” – İsrail Prezidenti

“Ölkəmizdə Azərbaycan səfirliyinin açılmasını səbirsizliklə gözləyirik” – İsrail Prezidenti

Hazırda oxunan: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılmasını səbirsizliklə gözləyirik” – İsrail Prezidenti

111786

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli Prezident Əliyev. 

Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və qarşıdan gələn ildə Sizə xoşbəxtlik və cansağlığı arzulayıram. 

Bu fürsətdən istifadə edərək, Azərbaycanın illər boyu qoruyub saxladığı adət-ənənə və dəyərlərə heyran olduğumu bildirmək istəyirəm. Azərbaycan müsəlman dünyasında yaranan ilk demokratik respublikadır və möhtəşəm ölkəniz regional liderdir. 

Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan vətəndaşların harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşayışı məni xüsusilə heyran edir.

Ölkəniz bütün dinlərin nümayəndələrinin sülh və əməkdaşlıq şəraitində birgə yaşamasının dünyaya parlaq nümunəsidir. Novruz, Hanuka, Milad və Yeni İl bayramlarının qeyd olunması bu inklüzivliyə və anlaşmaya sadiqliyin sübutudur. 

Mən, həmçinin Zati-aliniz və hökumətiniz tərəfindən Azərbaycandakı yəhudi icmasına göstərilən dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.

Siz İsrail Dövlətinin və yəhudi xalqının dostusunuz, biz Azərbaycanın səfirliyinin açılmasını və İsrailə səfərinizi səmimi münasibətlərimizin daha da möhkəmlənməsi baxımından səbirsizliklə gözləyirik. 

Zati-aliləri, bu il doğum gününüzün nur və firavanlıq rəmzi olan Hanuka bayramı günlərinə təsadüf etməsi xüsusilə əlamətdardır. Bu münasibətlə bir daha səmimi təbriklərimi və qarşıdan gələn ildə xoşbəxtlik və cansağlığı diləklərimi qəbul etməyinizi xahiş edirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO