Rusiya razılaşıb: “Paşinyan 10 noyabr sazişinin qarantıdır” – ŞƏRH

Rusiya razılaşıb: “Paşinyan 10 noyabr sazişinin qarantıdır” – ŞƏRH

Hazırda oxunan: Rusiya razılaşıb: “Paşinyan 10 noyabr sazişinin qarantıdır” – ŞƏRH

11167

Ermənistan növbədənkənar parlament seçkilərindən imtina edib.

Bizim.Media Erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə “Mənim Addımım” fraksiyası məlumat yayıb.

Fraksiya baş nazir Nikol Paşinyanla görüş zamanı bildirib ki, erməni cəmiyyətinin növbədənkənar parlament seçkilərin keçirilməsi kimi bir tələbi yoxdur.

Politoloq İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında  deyib ki,  bu Paşinyanın öz xeyrinə oynadığı oyunun bir parçasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Sərhədlər nə vaxt açıla bilər? - “Ermənistan yavaş-yavaş razılığa gəlir” - Politoloq 


O, bildirib ki, baş nazir çox ustalıqla bu vəziyyətdən çıxmağı bacarıb: 

“Çünki o, etiraz aksiyaları başlayan vaxtdan zaman  qazanmaq istəyirdi. Bu dəqiqə zaman Paşinyanın xeyrinə işləyir. Çünki hər zaman etiraz aksiyaları başlayandan tədricən sonra öz aktivliyini itirir.

Ermənistandakı proseslər də bu cür davam edir. Bunun bir səbəbi də müxalifətdə olan fikir ayrılıqları oldu. Bir tərəfdən ölkənin keçmiş prezidenti Robert Koçaryan siyasətə qayıtdığını açıqladı.


Digər tərəfdə isə Ermənistan birləşmiş müxalifəti baş nazir postuna keçmiş baş nazir Vazgen Manukyanı vahid namizədliyini irəli sürdü. Əgər seçkilər keçirilsəydi bu iki siyasətçi namizədliyini bir-birinə rəqib olaraq irəli sürəcəkdilər. Bu da müxalifətin nüfuzunun zəifləməsinə gətirib çıxaracaqdı”. 

Politoloq proseslərin ilk vaxtlarından güc strukturlarının baş naziri dəstəklədiyi üçün bir müddətdən sonra Paşinyan itirilmiş nüfuzunun da bərpa edəcəyini vurğulayıb. 

Sonda İ.Vəlizadə Ermənistanda baş verən daxili iğtişaşlara xaricdən müdaxilələrdən də danışıb:
 

“İxtişaşların aktivliyinin itirməsinin ikinci tərəfi də ölkə daxilində baş verən proseslərə xaricdən müdaxilələrin çox zəif olmasıdır. Burada da tam sakitlik hökm sürür.


Çünki Qərb müxalif partiyaların rusiyayönümlü olduğuna görə susur. Rusiya da Paşinyanın noyabrın 10 - da imzalanan üçtərəfli sülh bəyannaməsinin yerinə yetirilməsinin yeganə qarantı olduğunu başa düşür. Çünki müxalif partiyalar bəyannəməyə qarşı çıxışlar edir. Bu da Rusiyanın regionda nüfuzuna xələl gətirə bilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO