Makronu zorlayan kimdir? – Fransa prezidentinin Bakıya zəng etmə SƏBƏBİ

Makronu zorlayan kimdir? – Fransa prezidentinin Bakıya zəng etmə SƏBƏBİ

Hazırda oxunan: Makronu zorlayan kimdir? – Fransa prezidentinin Bakıya zəng etmə SƏBƏBİ

111661

Yelisey sarayındakılar yenidən rəsmi Bakının nəbzini ölçmək istədi. Amma alınan nəticələr fransız siyasiləri əməlli-başlı dilxor etdi. Bir daha aydın oldu ki, Bakı özünün qətiyyətli və prinsipial mövqeyindən geri çəkilmək fikrində deyil.

Makrondan 3-cü cəhd

Söhbət Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə son zəngindən gedir. Artıq üçüncü dəfədir ki, Makron rəsmi Bakı ilə münasibətləri normallaşdırmağa və Fransanın təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərini danışıqlar masası arxasına oturtmaq istəyir. Lakin, Yelisey sarayındakıların ikiüzlü siyasəti və birtərəfli mövqeyi Azərbaycanı Parisdən gələn təklifləri geri çevirmək məcburiyyətində qoyur. 

Özü yıxılan ağlamaz

Məlum olduğu kimi son Brüssel görüşündə Aİ rəhbəri ilə yanaşı Makron da iştirak edirdi. Və o zaman, Azərbaycan tərəfi də buna normal yanaşırdı. Lakin, sentyabrın sonlarında Emmanuel Makronun Fransa televiziyasına verdiyi müsahibəsində Azərbaycan haqqında dediyi hədyanlar və bunun ardınca Fransa parlamentinin aşağı və yuxarı palatalarının Azərbaycanla bağlı qəbul etdiyi həyasız və məntiqsiz qətnamələri rəsmi Bakını Yelisey sarayı ilə münasibətlərə yenidən baxmağa sövq etdi. Təsadüfi deyil ki, noyabrın sonlarında Makron Prezident İlham Əliyevə zəng edərək 4 tərəfli danışıqların davam etdirilməsini təklif etdi. Lakin Azərbaycan liderinin sözü konkret oldu: “Brüssel danışıqları tarixə qovuşdu”.
 

MÖVZU İLƏ BAĞLI:

“Aİ Azərbaycan və başqa ölkələrin təhlükəsizliyini zəmanətə alacaq yeni arxitektura haqda düşünməlidir” - Makron 


Təbii ki, Azərbaycan liderini bu cür sərt bəyanat verməsinin tək günühkarı Fransanın ermənipərəst iqtidarıdır. Üzdə özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışan rəsmi Paris əsl həqiqətdə erməniləri və beynəlxalq aləmi Azərbaycana qarşı çirkin addımlara təşviq edir. 

Fransanı ədalətli olmağa qoymayan 3 “səbəb”

Əslində Fransadan bundan artığını gözləmək özü sadəlöhvlük olardı. 

Birincisi ona görə ki, bəzi dövlətlər özlərinin varlıqlarını sübut etmək və  persona-qrant olduqlarını göstərmək üçün münaqişə nöqtələrinin daha çox olmasını istəyirlər. Təsəvvür edin: Cənubi Qafqazda münaqişə yox, davamlı sülh olsa onda Qərb dövlətlərinin varlığı və yaxud onların fikirləri kimə lazımdır. Bu mənada Fransa Cənubi Qafqazda sülh yox, müharibə istəyir.

İkincisi, Fransa erməni diasporunun ən güclü olduğu 2 ölkədən biridir. Fransada keçirilən bütün seçki kampaniyalarında erməni diasporu kifayət qədər vəsait xərcləyir. Hələ erməni qadınlarının eksklüziv xidmətlərini demirik. Ona görə də fransızlar ən azından öz seçki kampaniyalarını yaxşı təşkil etmək üçün ermənilərin pulundan imtina etmək kimi bir lüksləri yoxdur.

Üçüncüsü, bir çox məsələlərdə ermənilərlə fransızların maraqları üst-üstə düşür. Qüdrətlənən türk dünyası təkcə Fransanın deyil, elə erməni millətçilərinin də yuxusunu ərşə çəkib. Ona görə də onlar “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət etmək məcburiyyətindədirlər.

Makron niyə zorlanır?

Bununla belə həm erməni diasporunun basqısı, həm də Fransanın siyasi maraqları Makronu Azərbaycan liderinə zəng etmək məcburiyyətində qoyur. Baxmayaraq ki, edilən zənglər mövcud status-kvoya heç bir təsir etmir. Amma Makron bütün hallarda zorlanır. Buna məcburdur.
 

Dekabrın 23-də baş tutan son telefon danışıqlarında Azərbaycan lideri Fransalı həmkarına bir daha xatırlatdı ki, danışıqlar stoluna oturmazdan əvvəl Ermənistan 2 il qabaq götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Vəssəlam!


Təbii ki, bu xatırlatma Makronu da çıxılmaz duruma salır. Çünki, Lenin demişkən “faktlar yaman tərs şeydir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO