“Azərbaycan və Ermənistan tərəfləri mütəmadi olaraq təkliflərin üzərində işləyir və bir-birinə təqdim edir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
C.Bayramov Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün Ermənistanın Azərbaycana sülh müqaviləsinə dair təkliflər təqdim etdiyi barədə çıxışına münasibət bildirib:
“Sənədin bizi qane edib-etmədiyi barədə cavab vermək çətindir və bu düzgün olmaz. Təbii ki, proses asan deyil, çətindir. Tərəflərin mövqeləri bir çox hallarda fərqlənir və buna görə də təkliflər bir neçə mərhələdə müzakirə olunmalıdır. Bu müzakirələr nəticəsində öz mövqeyini qarşı tərəfə daha aydın çatdırırsan və qarşı tərəfin mövqeyini daha yaxşı anlayırsan. Dünən Ermənistan Baş naziri bəyan etdi ki, təqdim etdikləri şərtlər əsasında razılaşma imzalamağa hazırdır. Lakin anlayırıq ki, bu formada müqavilə imzalanmır. Əgər bu məntiqlə çıxış etsək, o zaman biz oktyabrın 2-si Cenevrədə öz şərtlərimiz çərçivəsində müqavilə imzalamağa hazır idik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:13 / 23.12.2022
Azərbaycan XİN-dən Ermənistanın yeni sülh təkliflərinə REAKSİYA
Hazırda oxunan: Azərbaycan XİN-dən Ermənistanın yeni sülh təkliflərinə REAKSİYA
Hazırda oxunan: Azərbaycan XİN-dən Ermənistanın yeni sülh təkliflərinə REAKSİYA
111305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.