“Biz demək olar ki, ən son məqamda danışıqların üçüncü raundunun baş tutmayacağından xəbər tutduq. Xatırladım ki, danışıqların ilk raundu oktyabr ayında Cenevrədə, ikinci raund isə noyabrda Vaşinqtonda baş tutub və üçüncü raundun Moskvada keçiriməsi planlaşdırılırdı”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Ermənistan tərəfi Moskvada planlaşdırılan görüşdən az əvvəl Bakıya yeni təkliflər paketi təqdim edib:
“Amma biz Ermənistana bir ay bundan öncə təkliflər göndərmişdik. Ermənistan tərəfi təklifləri təqdim etdikdən sonra bəyan etdi ki, guya Azərbaycan görüşdən imtina edir və bununla da dezinformasiya yayaraq yanlış ictimai fikir yaratmağa çalışdı”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:05 / 23.12.2022
Ermənistan Moskva görüşündən əvvəl Azərbaycana yeni təkliflər təqdim edib
Hazırda oxunan: Ermənistan Moskva görüşündən əvvəl Azərbaycana yeni təkliflər təqdim edib
Hazırda oxunan: Ermənistan Moskva görüşündən əvvəl Azərbaycana yeni təkliflər təqdim edib
111292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.