ABŞ və Rusiya rəsmiləri İlham Əliyevi təbrik etdi

ABŞ və Rusiya rəsmiləri İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: ABŞ və Rusiya rəsmiləri İlham Əliyevi təbrik etdi

111236

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. 
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ali səviyyədə qəbul edilmiş qərarların icrası məqsədilə ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, sənaye, energetika, nəqliyyat infrastrukturu və digər istiqamətlərdə qarşılıqlı faydalı iri layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb. 

Sizinlə həmişə açıq və konstruktiv şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Etimada söykənən ünsiyyətimizin davam etməsinə şad olacağam. 

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".

XXX

Həmçinin ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının Bəhreyn Beynəlxalq əlaqələr şöbəsinin rəisi komandir Nəimi Əmiral Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb: 

Təbrikdə deyilir: 

"Çox hörmətli cənab Prezident, sevimli Ali Baş Komandan, 

Azərbaycan xalqının və türk dünyasının qəhrəmanı İlham Heydər oğlu Əliyev. 

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm. 

Qarabağın Ermənistanın işğalından azad edilməsinin və Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunmasının, türk dünyasının qırılmış bağının yenidən birləşdirilməsinin ikinci ildönümünü bu il xalqımızla birlikdə qeyd etdik. Sizin illərdir müdrikliklə və uzaqgörənliklə atdığınız addımlar bu böyük uğurlara yol açdı. Bütün bunlar üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. 
Sizi bir daha ailəmiz adından doğum gününüz münasibətilə təbrik edirəm, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Yaşasın böyük Azərbaycan!".

Bununla yanaşı Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib. 

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu. 


Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. 

Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına böyük şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirir, Sizi çoxşaxəli Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar. 

Əminəm ki, dinamik surətdə dəyişən beynəlxalq şəraitdə Rusiya ilə Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti dost xalqlarımızın mənafeyi, Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin təmin edilməsi naminə bundan sonra da genişlənəcək. 
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO