Naxçıvan Ali Məclisi sədrinin bir sıra səlahiyyətləri Prezidentin səlahiyyətli nümayəndəliyinə həvalə olundu

Naxçıvan Ali Məclisi sədrinin bir sıra səlahiyyətləri Prezidentin səlahiyyətli nümayəndəliyinə həvalə olundu

Hazırda oxunan: Naxçıvan Ali Məclisi sədrinin bir sıra səlahiyyətləri Prezidentin səlahiyyətli nümayəndəliyinə həvalə olundu

111084

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bır sıra səlahiyyətləri ləğv edilir.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, artıq Naxçıvan MR-də yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutmayacaq, yalnız Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutacaqlar.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Naxçıvandakı səlahiyyətli nümayəndəsini qəbul etdi


İndiyə kimi yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edirdi. Artıq bu səlahiyyət ləğv edilir.

Eyni zamanda indiyə qədər yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirirdi. Artıq bu səlahiyyət də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrindən alınır.

Həmçinin, yerli icra hakimiyyəti başçısının Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirməsi ilə bağlı vəzifə ləğv edilir.

Artıq Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi müddətlərdə ona hesabat vermək tələbi də ləğv edilir.

Yerli icra hakimiyyəti başçısının Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə məlumat vermə və illik hesabatlar təqdim etmə tələbi də ləğv edilir.
Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri sırasından Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təkliflər vermək çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”yə əsasən, bu sahədə səlahiyyətlər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə həvalə olunub.

Bununla belə, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO