Dövlət orqanlarının kadr siyasəti ilə bağlı yeni QAYDA – Baş nazir TƏSDİQLƏDİ 

Dövlət orqanlarının kadr siyasəti ilə bağlı yeni QAYDA – Baş nazir TƏSDİQLƏDİ 

Hazırda oxunan: Dövlət orqanlarının kadr siyasəti ilə bağlı yeni QAYDA – Baş nazir TƏSDİQLƏDİ 

110911

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. 

Bu Qayda 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir.

Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır. 
Bu Qayda “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət orqanlarına şamil edilmir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO