"2037-ci ilədək ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq" - Prezident

Hazırda oxunan: "2037-ci ilədək ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq" - Prezident

110140

“Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 24 qiqavatdan çoxdur”. 

Bizim.Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib. 

Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qeqavat təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib:

“Biz ölkəmizin strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 qeqavat külək və 1 qeqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onun 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər biz ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO