Azərbaycan və Macarıstan əlaqələri müzakirə edilib

Azərbaycan və Macarıstan əlaqələri müzakirə edilib

Hazırda oxunan: Azərbaycan və Macarıstan əlaqələri müzakirə edilib

110064

Dekabrın 16-da Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb. Görüşdə Macarıstan Milli Assambleyasının Xarici əlaqələr idarəsinin rəisi, Dövlət katibi Peter Şardi də iştirak edib.

Bizim.Media xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında energetika və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri, eyni zamanda, xalqlarımız və iki ölkənin liderləri arasındakı yaxın münasibətlərdən məmnunluq ifadə edilib.

Azərbaycan və Macarıstan parlamentləri arasında ikitərəfli əsasda, həmçinin çoxtərəfli platformalarda əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO