Çavuşoğludan ÇAĞIRIŞ: “Ermənistan ən qısa vaxtda Azərbaycanla sülh imzalamalıdır”

Çavuşoğludan ÇAĞIRIŞ: “Ermənistan ən qısa vaxtda Azərbaycanla sülh imzalamalıdır”

Hazırda oxunan: Çavuşoğludan ÇAĞIRIŞ: “Ermənistan ən qısa vaxtda Azərbaycanla sülh imzalamalıdır”

109616

“Ermənistan münasibətlərin normallaşması üçün ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır”. 

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib. 

O, xüsusi nümayəndələr vasitəsilə Ankara və İrəvan arasında müzakirələrin davam etdiyini xatırladıb:

“Etimad mühitinin formalaşması üçün hava məkanımızın açılması, karqo daşımaları ilə bağlı bəzi addımlar atılıb. Bundan sonra da hər kəs addım atmalıdır. Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə səmimidir. Ermənistan da səmimi addımlar atmalıdır. Ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır. Onlar bizim səmimi mövqeyimizə səmimi cavab verməlidirlər”. 

Çavuşoğlu region ölkələrinin də Cənubi Qafqazdakı sülh və sabitlik üçün addımlar atmasının zəruriliyini vurğulayıb:  

“Vacib olan da budur. Türkiyə Azərbaycanla müttəfiqdir, Şuşa Bəyannaməsi ilə biz rəsmi müttəfiq olmuşuq. Bizim aramızda hərbi təlimlərin, əməkdaşlığın, ortaq təhsil proqramlarının həyata keçirilməsi kifayət qədər təbiidir. Bunlar kimin üçünsə təhdid deyil”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO