“2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi, Qarabağ münaqişəsi həll edildi və bu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, hazırda dünyada yeni çağırışlar və təhdidlər var:
“Bu səbəbdən digər sahələrlə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:30 / 14.12.2022
İlham Əliyev Qarabağ Zəfərinin regionda yaratdığı əlverişli İMKANLARDAN DANIŞDI
Hazırda oxunan: İlham Əliyev Qarabağ Zəfərinin regionda yaratdığı əlverişli İMKANLARDAN DANIŞDI
Hazırda oxunan: İlham Əliyev Qarabağ Zəfərinin regionda yaratdığı əlverişli İMKANLARDAN DANIŞDI
109547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.