Müdafiə Nazirliyi bu iddialara cavab verdi - DETALLAR 

Müdafiə Nazirliyi bu iddialara cavab verdi - DETALLAR 

Hazırda oxunan: Müdafiə Nazirliyi bu iddialara cavab verdi - DETALLAR 

109395

Müdafiə Nazirliyi ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlunun bəzi elektron kütləvi informasiya vasitələrində “Müharibə Veteranı” adının verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib. 

Nazirlikdən Bizim.Media-ya daxil olan məlumatda qeyd edilib ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlu Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaqda yerləşən hərbi hissədə xidmət etmişdir.

Bu səbəbdən Ə.Əliyevə “Müharibə veteranı” adının verilməsinin Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə zidd olması barədə onun özünə bildirilmişdir.

Lakin Ə.Əliyev və onun kimi bir neçə vətəndaş internet üzərindən məsuliyyəsiz çıxışları ilə ictimaiyyətdə çaşqınlıq yaradaraq aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin qeyri-qanuni həllinə nail olmağa çalışırlar. 

"Müdafiə Nazirliyinin dəfələrlə müraciət etməsinə baxmayaraq bəzi internet media saytlarının əməkdaşları müvafiq qanunvericiliyin tələblərini bilmədən, əsassız iddiaları dəqiqləşdirmədən ictimai müzakirəyə çıxarmaqla Müdafiə Nazirliyinin işgüzar nüfuzuna xələl gətirməyə cəhd edirlər. 
Müdafiə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada verilən cavabla qane olmayan bəzi vətəndaşların qeyri-peşəkar kütləvi informasiya vasitələrindən sui-istifadə edərək əsassız iddialarına haqq qazandırmağa çalışmaları təəssüf doğurur", - məlumatda bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO