UNESCO tezliklə Qarabağa ekspert missiyası göndərmək üçün cari məsələləri həll edib bitirmək üzrədir.
Bizim.Media xəbər verir ki, bu məlumat UNESCO-nun mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi: “Hər kəsin mirasını qorumaq hüquqi var”
Erməni saytlarının məlumatına görə, noyabrın 20-də UNESCO-nun prezidenti Odri Azulay Azərbaycan və Ermənistan tərəfi ilə danışıqlar zamanı mədəni irsi qorumaq üçün Qarabağa ekspert missiyası göndərmək istədiyini vurğulayıb.
Odri əlavə edib ki, hazırda bu istiqamətdə diskusiyalar davam edir. “Ümid edirik ki, missiyanı tezliklə göndərə biləcəyik”,- deyə UNESCO prezidenti münasibitini bitirib.
Bizim.Media