2022-ci il başa çatmaq üzrədir və Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi istiqamətində heç bir irəliləyiş yoxdur. Verilən proqnozlar özünü doğrultmadı. Hətta ilin sonuna qalan 20 gün ərzində də hər hansı ali təmaslar gözlənilmir.
Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə də deyir ki, ilin sonuna doğru iki ölkə liderləri arasında görüşün olması ehtimalı sıfır səviyyəsindədir:
“İndiki şəraitdə bu barədə konkret proqnoz söyləmək çətindir. Amma hər iki ölkənin liderləri ortalıqda hansısa bir razılaşma olduğu təqdirdə görüşə bilərlər.
İndiki halda isə belə bir razılaşmanın olduğunu görmürük. Ermənistan tərəfi razılaşmanın əldə olunması ilə bağlı heç bir ümid yeri qoymayıb. Ona görə də ilin sonuna doğru liderlər arasında görüşün olacağını zənn etmirəm.
Bu gözlənilmir. Görüş olsa da belə, nədən danışacaqlar? Eyni məsələləri artıq bir ildir müzakirə edirlər. Xarici işlər nazirləri formatında sülh müqaviləsilə bağlı təkliflər müzakirə olunur. Amam bu müzakirələrlə bağlı da konkret nəticələr yoxdur. Nəticələr olandan sonra ola bilər liderlərin də görüşü olsun. İndilikdə isə buna ümid yox dərəcəsindədir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:30 / 13.12.2022
“Razılaşma yoxdur və Paşinyanla heç bir görüş gözlənilmir” - POLİTOLOQ
Hazırda oxunan: “Razılaşma yoxdur və Paşinyanla heç bir görüş gözlənilmir” - POLİTOLOQ
Hazırda oxunan: “Razılaşma yoxdur və Paşinyanla heç bir görüş gözlənilmir” - POLİTOLOQ
109185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.