Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Hazırda oxunan: Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

109044

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının rəhbəri Əli İnsanov ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu haqda o, "Facebook" hesabından paylaşım edib.

"Azərbaycan Xalqının Lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum.

Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim.

Ruhları şad, məkanları cənnət olsun. Amin!”, - qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO