Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb  -Yenilənib

Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb -Yenilənib

Hazırda oxunan: Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb -Yenilənib

108474
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir.
 
APA-nın məlumatına görə, M. Çavuşoğlu bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq  Zərifə Əliyevanın məzarını ziyarət edib.
 
Daha sonra o, Şəhidlər Xiyabanına baş çəkib, əbədi məşəl önünə əklil qoyub. Ardınca Türk Şəhidliyinə gedən nazir xatirə kitabına ürək sözlərini yazıb.
 
M. Çavuşoğlu bu gün prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, parlamentin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO