Dekabrın 7-də Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.
Bizim.Media “report.az”ın məlumatına görə, görüş Danil monastırında baş tutub.
Görüş zamanı Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni salamlayaraq şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb.
“Biz sizinlə mütəmadi görüşürük və düşünürəm ki, bu görüşləri davam etdirmək lazımdır. Belə görüşlər münasibətlərdə xeyirxah ab-hava yaradır, dövlətlərarası münasibətlərə, eyni zamanda, təəssüf ki, indiyədək həll olunmamış məsələlərin həllinə də müsbət təsir göstərir. 30 ildən çoxdur belə format davam edir.
Hesab edirəm ki, xüsusilə də münaqişələr zamanı biz vəziyyətə müsbət təsir göstərmək üçün səylərimizi artırmalıyıq ki, real nəticə əldə edək və vəziyyəti yaxşılığa doğru dəyişək", - Rusiyanın Patriarxı deyib.
Görüşün sonunda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxına xalça üzərinə həkk olunmuş portretini hədiyyə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:52 / 07.12.2022
Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb
Hazırda oxunan: Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb
Hazırda oxunan: Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb
108406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.