“İndi heç kimdən asılı deyilik” – Prezident 

“İndi heç kimdən asılı deyilik” – Prezident 

Hazırda oxunan: “İndi heç kimdən asılı deyilik” – Prezident 

108345

“İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda, həm də təcrübə var”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində deyib.

Dövlət başçısı sonra bildirib: 

“Bu gün biz Ulu Öndərin siyasətinə sadiq qalaraq yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq. Bu gün biz Ulu Öndərin siyasətinə sadiq qalaraq yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq. Bax, bu tankerin yaradılmasının təməli 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulub. O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik.

O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var”.

Prezident qeyd edib ki, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır: 

“Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik. Bu gəminin sizin adınıza olması hesab edirəm ki, çox ədalətlidir. Düzdür, bu, nadir bir haldır, bəlkə də deyə bilərəm ki, yeganə bir haldır, insanın sağlığında gəmiyə onun adı verilir. Amma bu ədalətlidir.

Bilirsiniz ki, mənim sizə çox böyük hörmətim var - həm mütəxəssis kimi, əfsanəvi neftçi kimi, gözəl insan kimi. Bax, bu gün sizin bizimlə bərabər burada olmağınız bir çoxlarını ruhlandırır ki, elə bu yaşda da adam gümrahdır. Sağlamlığı da yerindədir və öz nikbinliyi ilə hamımızı daha gözəl işlər görməyə ruhlandırır".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO