POLİTOLOQ: “Ermənistanın İrandan incimək kimi lüksü yoxdur”

POLİTOLOQ: “Ermənistanın İrandan incimək kimi lüksü yoxdur”

Hazırda oxunan: POLİTOLOQ: “Ermənistanın İrandan incimək kimi lüksü yoxdur”

1079

İranın Rusiyadan Ermənistana uçan hərbi təyyarələrə qadağa qoyması regionda ciddi dəyişikliklərin baş verdiyinə işarədir.

Bəs bu qadağaları doğuran səbəb nədir və Ermənistanla İran arasında gələcək əməkdaşlıq hansı forma ala bilər? 

Mövzu ilə bağlı politoloq Şahin Cəfərli Bizim.Media-ya münasibət bildirib: "İranı buna məcbur edən birinci səbəb Azərbaycanla ikitərəfli münasibətləri korlamaq istəməməsidir. Döyüşlərin ilk günlərində Rusiya öz silahlarını əsasən İran vasitəsilə Ermənistana göndərirdi. Rusiya hərbi təyyarələri İrana gəlir və silahlar yük avtomobilləri ilə Ermənistana daşınırdı. Bu da Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb oldu”.

Digər daha mühüm amil kimi İrandakı azərbaycanlıların etirazını qeyd edən politoloq bildirir ki, İran daxilində azərbaycanlıların etirazının miqyası böyüyərsə dövlət üçün çox ciddi problemlər yarana bilər. İran azərbaycanlıları Ermənistanla sərhədlərin bağlanmasını tələb etdilər. İran vətəndaşlarının mövqeyini nəzərə almaq məcburiyyətindədir.

“İran döyüşləri diqqətlə izləyir və Azərbaycanın üstünlüyünü görür. Azərbaycanla münasibətlərini korlamaq istəmir. Reallıqla barışmaq məcburiyyətindədir. İran Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail münasibətlərinin dərinləşməsindən də narahatdır. Əgər rəsmi Tehran Azərbaycana qarşı mehriban qonşuluqdan uzaq siyasət yürüdərsə, bunun ziyanları özünə də dəyə bilər”.

Təyyarələrlə daşınmalara İran üzərindən qadağanın qoyulması iki dövlətin münasibətinə mənfi təsir edəcəkmi məsələsinə gəlincə politoloq deyir ki, Ermənistan elə vəziyyətdədir ki, onun hansısa dövlətlə münasibətlərini korlamaq lüksü yoxdur: “Əməkdaşlıq Ermənistana daha çox lazımdır, nəinki İrana. Bu günə qədər Ermənistanın duruş gətirməsi elə İranın hesabına olub”.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO