\

\"Rusiya sülhməramlılarına edilən müraciətlərə etinasız yanaşılması anlaşılan deyil\" - MN

Hazırda oxunan: \"Rusiya sülhməramlılarına edilən müraciətlərə etinasız yanaşılması anlaşılan deyil\" - MN

107600

"Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının uydurma erməni toponimləri ilə qeyd olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması ümumiyyətlə anlaşılan deyil".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR:
 

MÖVZU İLƏ BAĞLI:

"Rusiya sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur" – Müdafiə Nazirliyi


"Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 02.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ XOCAVƏND olduğunu bir daha xatırladırıq.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO