Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Tatarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
Rüstəm Minnixanovun səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Tatarıstan işgüzar forumunun əhəmiyyəti vurğulanıb.
Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:13 / 29.11.2022
Əli Əsədov Tatarıstan Prezidenti ilə ölkələrarası əlaqələrin inkişafından DANIŞDI
Hazırda oxunan: Əli Əsədov Tatarıstan Prezidenti ilə ölkələrarası əlaqələrin inkişafından DANIŞDI
Hazırda oxunan: Əli Əsədov Tatarıstan Prezidenti ilə ölkələrarası əlaqələrin inkişafından DANIŞDI
106976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.